Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Neftçalada yaşıl maliyyənin təşviqi üzrə yeni layihəyə start verilib

User 29 İyul 2026 - 15:26 (Last updated: 29 İyul 2026 - 16:01)
qht yasil

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycanın maliyyə dəstəyi ilə Neftçala rayonunda iqlim risklərinin qiymətləndirilməsi, yaşıl maliyyə və ESG (Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə) yanaşmalarının təşviqinə yönəlmiş yeni layihənin icrasına başlanılıb.

Layihənin əsas məqsədi Neftçala rayonunda iqlim dəyişikliklərinin yaratdığı risklərin qiymətləndirilməsi, bu risklərin sosial-iqtisadi təsirlərinin təhlili, yaşıl maliyyə alətlərinin tətbiq imkanlarının təşviqi və yerli səviyyədə iqlimə davamlı idarəetmə yanaşmalarının inkişafına dəstək göstərməkdir.
İqlim dəyişiklikləri bu gün təkcə ekoloji değil, həm də iqtisadi və sosial inkişaf üçün mühüm çağırışlardan biridir. Xüsusilə kənd təsərrüfatı, balıqçılıq və sahilyanı ekosistemlərin üstünlük təşkil etdiyi Neftçala rayonu iqlim dəyişikliklərinin təsirlərinə həssas ərazilərdən hesab olunur. Bu baxımdan risklərin vaxtında müəyyən edilməsi və onların idarə olunması üzrə praktik yanaşmaların formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Layihə çərçivəsində görülən və planlaşdırılan işlər:
•    Mövcud vəziyyətin təhlili: Neftçala rayonu üzrə iqlim risklərinin cari vəziyyəti ətraflı təhlil ediləcək;
•    Analitik materiallar: Yaşıl maliyyə və ESG yanaşmaları üzrə geniş analitik materiallar hazırlanacaq;
•    Maarifləndirmə tədbirləri: Aidiyyəti tərəflərin bilik və bacarıqlarının artırılması məqsədilə regional maarifləndirici tədbirlər keçiriləcək;
•    Praktik metodik bələdçi: Layihənin əsas nəticələrindən biri kimi iqlim risklərinin qiymətləndirilməsi, yaşıl maliyyə alətləri, ESG yanaşmaları və yerli tətbiq modellərini əhatə edən praktik metodik bələdçi artıq ərsəyə gətirilib. Bu bələdçi dövlət qurumları, yerli özünüidarəetmə orqanları, maliyyə institutları, sahibkarlar və fermerlər üçün praktiki istifadə vəsaitidir;
•    Analitik məqalələr: İqlim dəyişiklikləri və dayanıqlı inkişaf mövzularında geniş auditoriya üçün nəzərdə tutulmuş iki analitik məqalə hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.
ARPA İctimai Birliyinin İdarə Heyətinin sədri Günay Şahbazova layihənin əhəmiyyətini vurğulayaraq bildirib:
“Ölkəmizdə yaşıl iqtisadiyyata keçid dövlət siyasətinin prioritetidir. Neftçala kimi iqlim dəyişikliyinə həssas regionlarımızda risklərin düzgün idarə olunması və yaşıl maliyyə alətlərinin tətbiqi həm yerli sahibkarlığın dayanıqlığı, həm də ekoloji təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.”

Layihənin icrası nəticəsində Neftçala rayonunda iqlim risklərinin qiymətləndirilməsi sahəsində metodoloji yanaşmaların təkmilləşdirilməsi, yerli maraqlı tərəflərin məlumatlılığının artırılması və yaşıl maliyyə prinsiplərinin təşviqinə töhfə verilməsi nəzərdə tutulur. ARPA İctimai Birliyi dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq iqlim risklərinin idarə olunması, yaşıl maliyyə və peşəkar biliklərin inkişafı istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.
Qeyd: Layihə çərçivəsində hazırlanmış praktik metodik bələdçinin elektron versiyası ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://bit.ly/4x13m8L 

Sənədlər

AzPost.az

Post navigation

Previous: Zaqatalada kütləvi zəhərlənmə olub –
Next: ABŞ İranın Qərbi Azərbaycan vilayətindəki Piranşəhrə zərbə endirib

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.