“Neftçi” almaniyalı futbolçunun transferini açıqlayıb

“Neftçi” almaniyalı futbolçu Robert Baueri transfer etdiyini açıqlayıb.

Klubdan verilən məlumata görə, “ağ-qaralar” 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

R.Bauer paytaxt təmsilçisində 23 nömrəli formanı geyinəcək.

O, son olaraq Səudiyyə Ərəbistanının “Əl-Tai” komandasının formasını geyinib.

Robert Bauer karyerası ərzində Almaniyanın “Verder Bremen”, Nürnberq” və “İnqolştadt” klublarında da çıxış edib. O, Almaniyanın U-20 və U-21 yığmalarında da mübarizə aparıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.