“Neftçi” iki futbolçu transfer edib

“Neftçi” komandası daha iki futbolçunu transfer edib.

Klubdan verilən açıqlamada bildirilib ki, Murad Xaçayev və Elvin Bədəlov heyətə cəlb olunub.

Xaçayevlə 2 illik müqavilə bağlanıb. Donetsk “Şaxtyor”unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. Murad milli komandanın heyətində 1 oyun keçirib.

Bədəlov isə 2 illik sözləşməyə imza atıb. Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi 2014-2017-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. O, millidə 10 oyun keçirib.

Qeyd edək ki, hər iki futbolçu “Sumqayıt”da hazırda “Neftçi”nin baş məşqçisi olan Samir Abasovun rəhbərliyi altında çıxış edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.