“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib –"Qarabağ"ı məğlub edəcəyimizi düşünürdük"

“Çox məyusam. Azarkeşlərdən üzr istəyirəm. Təəssüf ki, rahat şəkildə məğlub olduq. Qırmızı vərəqədən sonra hər şey bəlli idi”.

Bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə “Qarabağ”a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

O, oyundan əvvəl “Qarabağ”ı məğlub edəcəklərini düşündüyünü bildirib: “Rəqibin bundan əvvəl keçirdiyi matçlara baxmışdıq. Ancaq səhvlərimiz çox oldu. Bunların üzərində işləməliyik. Düşünürdük ki, mərkəzdə topu saxlamaqla nələrisə edə bilərik, lakin Ağdam klubu bizə qarşı tamamilə fərqli hazırlaşmışdı”.

“Neftçi”nin baş məşqçisi heyətlərində texnikalı oyunçuların olduğunu söyləyib: “Ancaq təkbətək mübarizələrdə çətinlik çəkirik. Bu da böyük oyunlarda problem yaşamağımıza səbəb olur”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.