Qlobal neft qiymətlərinin gələcək dinamikasını ABŞ-ın Rusiya neft tədarükünə qarşı sanksiyaları yenidən tətbiq edib-etməyəcəyi müəyyən edəcək.
Azpost.info CNN-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Tramp deyib.
“Neftin qiymətinin nə qədər düşəcəyini izləyəcəyik. Həqiqətən də kəskin şəkildə düşür.”-deyə Tramp G7 sammitində bildirib.
Tramp administrasiyası bu ilin əvvəlində İranla müharibənin yaratdığı enerji çatışmazlığını azaltmaq üçün bəzi Rusiya neft tədarüklərinə qarşı sanksiyaları yumşaltdı.
ABŞ Maliyyə Nazirliyi qarşıdakı aylarda müvəqqəti sanksiya güzəştini uzatmağa davam edir, lakin mövcud güzəşt bu həftə başa çatdıqdan sonra hələlik onun taleyini açıqlamayıb.
ABŞ da daxil olmaqla, G7 ölkələrinin liderləri dünən “Ukraynaya sarsılmaz dəstəyini” vəd edib və neft və qaz sektoru da daxil olmaqla Rusiyaya qarşı sanksiyaların artırılmasını dəstəkləyib.
Trampın İranla müqaviləni elan etməsindən sonra neft qiymətləri düşüb. Lakin müharibə başlamazdan əvvəl qeydə alınan səviyyələrdən xeyli yüksək olaraq qalır.