Göyərtəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 09-0540 qeydiyyat nömrəli Boeing C-40С Tayvana doğru uçur.
Azpost.info xəbər verir ki, bu barədə “Flightradar” xidmətinin məlumatında deyilir.
Təyyarə iyulun 30-da Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasından Sakit Okeana doğru qalxıb.
“Nensi Pelosinin Tayvana uçan təyyarəsini onlayn qaydada 60 min nəfər izləyir”, – “Mash” yazır.
Qalmaqallı Tayvan səfəri günlərdir ABŞ-la Çin arasında gərginlik yaradıb. Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey bildirib ki, Nensi Pelosi Tayvana səfərini ləğv etməsə, Çin ordusu bu səfərin qarşısını almaq üçün tədbirlər görəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian isə xəbərdarlıq edib ki, Pelosinin Tayvana mümkün səfərinə ciddi şəkildə hazırlaşırlar.
Öz növbəsində Ağ Ev də Nensi Pelosiyə Tayvana səfərin riskləri barədə xəbərdarlıq edib.
Azpost.info