Neptun supermarket müştəriləri riskə atır- FOTOFAKT

Paytaxtın Nəcəfqulu Rəfiyev küçəsində yerləşən Neptun supermarketdə səhərlər mağazanın gec açılması səbəbindən çörək firmaları məhsullarını mağazanın qapısının önünə qoyur. AzPost xəbər verir ki, bu məhsullar uzun müddət açıq formada qalır və ətrafda çoxlu küçə heyvanlarının olması səbəbindən onlara heyvanlar toxunur.

Müştərilər bu vəziyyətdən xəbərsiz olaraq məhsulları alıb istifadə edir ki, bu da sağlamlıq üçün ciddi risk yaradır. Şikayətçi məsələ ilə bağlı mağaza barəsində ölçü götürülməsini tələb edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.