Nərimana görə “Qarabağ”a nə qədər məbləğ təklif edilib? – Direktordan açıqlama

Xəbər verdiyimiz kimi, Norveçin “Molde” klubu “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni transfer etmək istəyib. Qarabağ klubu isə verdiyi açıqlamada onların transfer təklifinə rəsmi cavab göndərdiyini qeyd edib.

AzPost xəbər verir ki, manset.az məsələ ilə bağlı “Qarabağ” futbol klubunun direktoru Emrah Çelikel ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında Nərimanın transferinin baş tutmadığını bildirib.

“Təəssüfki, razılaşma əldə olunmadı. Onların transfer üçün bizə nə qədər məbləğ təklif etdiyini açıqlamayacam. Əgər razılaşma əldə olunsaydı, biz bu barədə açıqlama verərdik”.

Qeyd edək ki, Avropanın bir çox klublarında, elə qardaş Türkiyənin klublarında da istənilən oyunçuya təklif olunan transfer məbləği açıqlanır. Hətta razılıq olmasa belə, təklif edilən yeni transfer məbləğləri də açıqlanır. Bu klubların maliyyə şəffaflığının göstəricisi hesab olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.