Netanyahu Baydenlə görüşdə Qəzzada xəstəxanaya hücumdan bəhs etmədi

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ lideri Co Baydenlə görüşündə Qəzzada xəstəxanaya raket hücumundan bəhs etməyib.

Azpost.info xəbər verir ki, Netanyahu ABŞ-a İsraili dəstəklədiyinə görə təşəkkür edib və bütün dünyanı HƏMAS-a qarşı mübarizədə ölkə ətrafında birləşməyə çağırıb.

“Mən sizin dəstəyinizi hər gün görürəm. Əməkdaşlığımızın miqyası həqiqətən görünməmiş səviyyəyə çatıb”, – Netanyahu bildirib.

Öz növbəsində Bayden Qəzzada xəstəxanaya hücumun “başqa komanda” tərəfindən həyata keçirildiyini bildirib.

Qeyd edək ki, məlum hücumda azı 800 dinc sakin həlak olub

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.