Netanyahu İsrail prezidentinin Trampla birgə mərasimdə iştirakına imkan verməyib

İsrailin Baş naziri Binyamin Netanyahu Davosda keçirilən Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində İsrail prezidenti İsaak Herzoqun iştirakına mane olub.

Trend-in məlumatına görə, bu barədə İsrail televiziyasının 12-ci kanalı xəbər verib.

Məlumata əsasən, Ağ Ev Netanyahuya dəvətnamə göndərərək baş nazirin, prezidentin və ya onların digər nümayəndəsinin mərasimdə iştirak edə biləcəyini bildirib.

Bildirilib ki, Vaşinqton administrasiyasının rəsmiləri iki dəfə İsrailə müraciət edərək, Netanyahunun iştirak etmədiyi nizamnamə imzalama mərasimində həmin vaxt Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Herzoqu görmək istəyiblər. İki tərəf gərgin müzakirələr aparıb, Netanyahu ABŞ prezidenti Donald Trampın dəvətinin şəxsən ona ünvanlandığını israr edib və nəticədə Herzoqun mərasimdə iştirakının qarşısını alıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.