Netanyahu İsrailin planları barədə Baydenə məlumat verib

16 May 2021 - 09:03

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı qarşı tərəfi İsrailin atacağı addımlar barədə məlumatlandırıb.

“TASS”-ın  verdiyi məlumata görə, bu barədə B.Netanyahunun mətbuat xidmətindən deyiblər.

Bildirilib ki, baş nazir C.Baydenə hadisələrin inkişafı, İsrailin atdığı və atmaq niyyətində olduğu addımlar barədə məlumat verib.