Netanyahunun Facebook səhifələrinə kiberhücum olub

İsrailin Baş naziri Binyamin Netanyahunun şəxsi internet və ”Facebook” səhifələrinə kiberhücum təşkil edilib.

Mərkəzi İsraildə yerləşən  “The Times of Israel” qəzetinin yaydığı xəbərdə İsrailin xarici kəşfiyyat təşkilatı “Mossad”ın internet saytına kiber hücum təşkil edən “Anonymous Sudan” adlı qrupun Netanyahunun şəxsi internet və ”Facebook” səhifələrinə də kiberhücum təşkil etdiyi bildirilib.

Xəbərdə hücuma məruz qalan Netanyahunun internet səhifəsinə  daxil olmaq mümkün olmadığı qeyd olunub.
İsrailin daxili kəşfiyyat təşkilatı Şin-Betin faktla bağlı araşdırma apardığı bildirilib.

“The Jerusalem Post” qəzetinin aprelin 4-də yaydığı  xəbərdə İsrailin qabaqcıl universitetlərinin internet saytlarının “Anonymous Sudan” adlı haker qrupunun kiber- hücumuna məruz qaldığı bildirilmişdi.

Qeyd edək ki, dünən  “Mossad” və İsrail Milli Sığorta Agentliyinin internet səhifələrinə də kiberhücum edilib.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən ”Anonymous Sudan” qrupu Telegram kanalında  verdiyi açıqlamada bu ifadələrə yer verib: “Bu hücum böyük bir hücumun xəbərçisidir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.