“Netanyahunun ölümündən başqa heç nə ilə razılaşmırıq”- İranlı deputat

İran parlamentinin (Məclisin) üzvü Məhəmməd Qasim Osmani Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə cavab olaraq İsrail Baş naziri Benyamin Netanyahunu zərərsizləşdirməyə çağırıb.

Azpost.info xəbər verir ki, RIB telekanalında çıxış edən parlamentari İrailə qarşı “Doğru vəd” (aprelin 13-də baş verən) raket və dron zərbəsinin təkrarlanacağına ümid etdiyini deyib.

“Ümid edirəm ki, İsmayıl Haniyə ilə bağlı qan davası üçün daha bir “Doğru vəd” əməliyyatı olacaq. Biz Netanyahunun ölümündən başqa heç nə ilə razılaşmırıq”, – Osmani bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.