Netflix Rusiya istifadəçiləri üçün yayımı bağlayıb

Netflix Google Play və App Store platformasından Rusiya istifadəçiləri üçün bağlanıb. Hər iki platformada axtarış zamanı xidmətin adını daxil edərkən proqram artıq göstərmir.

Azpost.info TASS-a istinadən bildirir ki, şirkət proqramın dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Martın 6-da şirkət rəhbərliyi Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiya ərazisində işlərin dayandırıldığını bəyan edib.

Bundan əvvəl şirkət rəhbərliyi bəyan etmişdi ki, Netflix Rusiya qanunvericiliyinin tələbinə baxmayaraq, birinci və ikinci multipleksində Rusiyanın 20 federal kanalını yayımlamayacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.