“Netflix”lə əməkdaşlığımız başlayıb” –Mədəniyyət naziri Anar Kərimov

“Azərbaycanda kino çəkilişi üçün hər cür şərait var”.

Bunu mədəniyyət naziri Anar Kərimov Azərbaycan Film Komissiyasının yaradılması münasibətilə keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, yaxşı kinoların çəkilərək dünyada nümayiş olunması Azərbaycanın turizm potensialına öz müsbət təsirini göstərəcək.

“Artıq bizim “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq dünyaya Azərbaycanın potensialını nümayiş etdirmək üçün bir vasitə olacaq”, – deyə A. Kərimov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün koronavirusa 38 yoluxma qeydə alınıb –

Sonrakı məqalə

Vəkillər Kollegiyasının sədri deputatla vəkil arasında oteldəki mübahisədən danışdı