Nevada səhrasında 315 nəfərin yandırılmış kül qalıqları tapılıb

ABŞ-nin Nevada səhrasında 315 nəfərin yandırılmış meyitlərinin külləri aşkar edilib.

Kütləvi insan qalıqları Serçlayt şəhəri yaxınlığında tapılıb.

Küllərin yanında heç bir nişanə və ya sənəd tapılmayıb, bu da ölənlərin şəxsiyyətinin müəyyən edilməsini demək olar ki, mümkünsüz edib. Ərazidə kül torbalarını bağlamaq üçün istifadə edilən məftil qırıntıları və qab parçaları da aşkarlanıb.

Ekspertiza küllərin həqiqətən insanlara məxsus olduğunu təsdiqləyib. Faktla bağlı istintaq aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.