Neymar bir ildən sonra kollektiv məşqlərə başlayıb

Bir ildir zədəli olan Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının futbolçusu Neymar yaşıl meydanlara geri qayıdır.

32 yaşlı hücumçu artıq kollektivlə birlikdə məşqlərə başlayıb. Onun Asiya Çempionlar Liqasında Birləşmiş Ərən Əmirliklərinin “Əl-Əyn” klubu ilə keçiriləcək matçda meydana çıxacağı gözlənilir. Qarşılaşma oktyabrın 21-də reallaşacaq.

Neymar ötən il oktyabrın 18-də zədələnmişdi. O, “Əl-Hilal” forması ilə indiyədək cəmi 5 matç keçirib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.