Neymar koronavirusa yoluxub

Braziliya millisinin və “Santos”un futbolçusu Neymar koronavirusa yoluxub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, iyunun 5-də xəstəliyin simptomları özünü göstərdikdən sonra hücumçu klubun həkimləri tərəfindən tibbi müayinədən keçirilib. Laboratoriya testlərindən sonra oyunçuda COVID-19 aşkarlanıb. Dərhal komandadan kənarlaşdırılan forvardın hazırda evində istirahət etdiyi və simptomatik müalicə aldığı vurğulanıb.

Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.