Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

Orkhan Ali 30 Yanvar 2026 - 12:24 (Last updated: 30 Yanvar 2026 - 12:25)
618716427_3383032311860775_6235880050837596784_n

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyəti beynəlxalq arenada müsbət qiymətləndirilməkdə davam edir. Qurumun qlobal qiymətləndirmə sisteminə verdiyi töhfələr nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu çərçivədə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) sədri Nick Talbot AQC-nin sədri Vüqar Oruca rəsmi məktub ünvanlayıb. Məktubda AQC-nin IVSC-yə göstərdiyi davamlı dəstəyə, beynəlxalq qiymətləndirmə standartlarının təşviqi və peşəkar qiymətləndirmə mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkür ifadə olunub.

IVSC sədri qeyd edib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəal iştirakı qlobal miqyasda qiymətləndirmələrin keyfiyyətinin, ardıcıllığının və etibarlılığının artırılmasında mühüm rol oynayır. Bildirilib ki, AQC-nin beynəlxalq proseslərdə aktiv mövqeyi qiymətləndirmə sahəsində vahid yanaşmaların formalaşmasına və qabaqcıl təcrübələrin tətbiqinə şərait yaradır.

Məktubda IVSC ilə AQC arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə toxunulub. Birgə layihələrin həyata keçirilməsi, beynəlxalq təşəbbüslərdə qarşılıqlı iştirak və peşəkar bilik mübadiləsinin genişləndirilməsi imkanlarının müzakirəyə açıq olduğu bildirilib. IVSC rəhbərliyi AQC-nin fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdakı dövrdə qurumlar arasında sıx və səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümid ifadə edib.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq standartların tətbiqi, qiymətləndirici mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi və qiymətləndirmə sahəsində institusional inkişafın təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu fəaliyyətlər AQC-nin beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və ölkənin qiymətləndirmə sektorunun qlobal sistemə inteqrasiyasına mühüm töhfə verir.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda ov mövsümünün müddəti uzadıldı
Next: Alimlər Altsheymer xəstəliyinin geniş yayılmış əlamətlərindən birini açıqlayıb

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.