Niderland finala çıxdı, Türkiyə və Ukrayna pley-offa vəsiqə qazandı –DÇ-2022

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, X turun son oyun günündə mundiala birbaşa vəsiqə qazanan sonuncu komanda, həmçinin Avropa zonası üzrə pley-offun son iki iştirakçısı bəlli olub.

Ən dramatik mübarizənin yaşandığı G qrupunda üç komanda ilk 3 pillə uğrunda sonadək vuruşublar. Qardaş Türkiyə yığması səfərdə Monteneqro ilə qarşılaşıb. Erkən qol buraxan “ay-ulduzlular” Kərəm Aktürkoğlunun qolu ilə hesabda tarazlıq yaradıb. Fasilədən sonra Orkun Kökçü Türkiyə yığmasına qələbə və pley-offa vəsiqə qazandıran qola imza atıb – 2:1.

Digər oyunda Niderland Norveçi qəbul edib. 2:0 hesablı qələbə əldə “narıncılar”ı qrup qalibi olub. 23 xal toplayan Lui van Qalın yetirmələri Ştefan Kuntsun komandasını 2 xal qabaqlayaraq Qətər-2022-yə yüksəlib.

Fransanın qalibi adını öncədən qazandığı D qrupunda ikinci yer sahibini tapıb. “Üçrənglilər” səfərdə oynadığı son turda Finlandiyanı məğlub edib – 2:0. Bu, Bosniya və Herseqovinanı eyni hesabla yenən Ukraynanı 12 xalla ikinci yerə, bununla da pley-offa daşıyıb. Finlandiya isə ikinci pillədən bir xal geri qalıb.

E qrupunda isə Uels və Çexiyadan hansının qrup ikincisi kimi, hansının Millətlər Liqasından pley-offa yüksəldiyi aydın olub. Hər iki komanda bu mərhələyə yüksəldiyindən son tur yalnız püşkatmadakı səbət baxımından rol oynayıb. Belçika ilə 1:1 hesablı heç-heçə edən böyük britaniyalılar 15 xalla ikinci yeri tutub. Estoniya üzərində qələbə (2:0) qazanan Çexiya 14 xalla ikinci olub.

Qeyd edək ki, meydan sahibi Qətərin birbaşa vəsiqə qazandığı mundialda oynamaq hüququnu daha öncə Avropadan Danimarka, Almaniya, Fransa, Xorvatiya, Belçika, Serbiya, İspaniya, İngiltərə və İsveçrə, Cənubi Amerikadan Braziliya yığmaları qazanıb. Gələn il martın 24-25-də və 28-29-da keçiriləcək Avropa zonası üzrə pley-offa Şotlandiya, Avstriya, Portuqaliya, Polşa, Rusiya, Uels, Çexiya, İtaliya, İsveç və Şimali Makedoniya vəsiqə əldə edib. Bu raundun püşkü noyabrın 26-da atılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya müdafiə nazirinə yeni müavin təyin edilib

Sonrakı məqalə

Britaniya Parlamenti Baronessa Koksun Azərbaycan əleyhinə çıxışını dəstəkləməyib