Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Niderland hökuməti Çin çip istehsalçısına nəzarəti ələ aldı

Orkhan Ali 13 Oktyabr 2025 - 13:20 (Last updated: 13 Oktyabr 2025 - 13:05)
1

Niderland hökuməti Çin şirkəti Nexperia üzərində birbaşa nəzarəti ələ alıb. AzPost xarici mediaya istinadla xəbər verir ki, qərar milli təhlükəsizlik və texnoloji zəncirin qorunması məqsədi ilə qəbul olunub.

Rəsmi açıqlamada bildirilir ki, hökumət “milli malların əlçatanlığı haqqında” qanunun müddəalarını Nexperia şirkətinə qarşı tətbiq edib. Bu addım “idarəetmədə ciddi pozuntuların” aşkar edilməsindən sonra atılıb.

Məlumata görə, sözügedən pozuntular ölkənin və bütövlükdə Avropa İttifaqının texnoloji davamlılığına və strateji istehsal zəncirinə təhlükə yarada bilər. Rəsmi Haaqa bu qərarla gələcəkdə Avropa iqtisadi maraqlarına zərər vura biləcək qərarların qarşısını almağı hədəfləyir.

Qeyd edək ki, Nexperia Avropanın ən iri yarımkeçirici istehsalçılarından biridir və əsasən avtomobil sənayesi ilə məişət elektronikası üçün mikroçiplər istehsal edir. Şirkət Çinin Wingtech konserninə məxsusdur.

Avropa ekspertlərinin fikrincə, bu addım Brüsselin və Avropa dövlətlərinin Çinə texnoloji asılılığı azaltmaq istiqamətində atdığı növbəti strateji addımlardan biri kimi qiymətləndirilir.

AzPost.az

Post navigation

Previous: Ölkədə yeni xəbər saytı fəaliyyətə başlayıb
Next: “Palma yağı bədəndə zərərli yağların artmasına səbəb ola bilər”

Oxşar xəbərlər

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
putin
  • Dünya

Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb

User 13 Noyabr 2026 - 19:23

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.