Niderland mübarizəni dayandırıb –

AVRO-2020
27 İyun 2021 - 22:14

AVRO-2020-nin pley-off mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin ikinci oyun günü Budapeştdə başlayıb.

C qrupunda keçirdiyi hər üç matçda qələbə qazanan Niderland millisi 3-cü yer sahibi kimi tur adlayan Çexiya ilə üz-üzə gəlib. İlk yarısı qarşılıqlı hücumlarla keçən matçda həlledici məqam Mateys de Liqtin meydandan qovulması olub.

Fasilədən az sonra say üstünlüyü qazanan Çexiya millisi daha çox hücum edib. Bu da öz bəhrəsini verib. Əvvəl Tomaş Qoleş, ardınca Patrik Şikin vurduğu qollar çexiyalıları 1/4 finala daşıyıb.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda Belçika və Portuqaliya üz-üzə gələcək.

AVRO-2020
1/8 final
27 iyun
20:00. Niderland – Çexiya – 0:2
Qollar: 
Tomaş Qoleş, 62, Patrik Şik, 80
Baş hakim: Sergey Karasyov (Rusiya)
Budapeşt. “Puşkaş Arena”