Niderland Ukraynaya 400 milyon avroluq yeni yardım paketi ayıracaq

Niderland hökuməti Ukraynanın dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə 400 milyon avro dəyərində növbəti yardım paketini ayırmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat yayıb.

Yardım paketi çərçivəsində Ukraynaya 100-dən çox müxtəlif tipli gəmilər təqdim ediləcək.

Nazir əlavə edib ki, paketə həmçinin 50-dən artıq pilotsuz dəniz aparatı, sensorlar və ehtiyat hissələri də daxil olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.