Niderlandda karantin rejimi fevralın 9-dək davam edəcək

14 Yanvar 2021 - 21:20

Niderlandda COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan qadağalar və təcrid olma rejimi fevralın 9-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu haqda Niderland Baş naziri Mark Rutte məlumat verib.

Bildirib ki, ölkədə koronavirusun yeni Britaniya ştammı fəal şəkildə yayıldığı üçün bu qərar qəbul edilib. Ölkədə təxminən 7 min gündəlik yoluxma və 122 ölüm faktı qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 901 544, ölənlərinki isə 12 783-ə çatıb. Pandemiya başlayandan 11 117 koronavirus xəstəsi sağalıb.