Nigerdə qiyamçılar hava məkanını sərnişin və yük daşımaları üçün açdı

Nigerdə hakimiyyəti ələ keçirən qiyamçılar sərnişin və yük daşımaları üçün milli hava məkanının açıldığını elan ediblər.

Azpost.info xəbər verir ki, Nigerin hava məkanı iyulun 26-da hakimiyyətə gəldikdən sonra hərbçilərin ölkəni idarə etmək üçün yaratdığı qurum olan Vətənin Qurtuluşu Milli Şurası tərəfindən bağlanmışdı.

Şura bunu konstitusiya nizamını hərbi yolla bərpa etmək və hakimiyyətə qayıtmaq niyyətini elan edən Qərbi Afrika Millətlərinin İqtisadi Birliyinin dövlətlərinin işğal təhlükəsi qarşısında etdiyini bildirmişdi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.