Nigeriya sahillərində girov götürülən 15 türkiyəli dənizçi xilas edilib

12 Fevral 2021 - 18:29

Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən girov götürülən 15 türkiyəli dənizçi xilas edilib.

Bu barədə CNN Türk televiziyası məlumat yayıb. 

Bildirilib ki, hazırda Nigeriyada olan dənizçilərin səhhəti normaldır. 

Qeyd edək ki, bu il yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb. Öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Siyəzən rayonunda dəfn edilib.