“Bu münaqişəyə son qoymalıyıq!”- Soçidə Putinlə Paşinyanın görüşü başlayıb

“Ermənistan rəhbərliyi Qarabağ probleminin həlli üçün siyasi iradəyə malikdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə deyib.

“Münaqişə onilliklərdir ki, davam edir. Biz buna necəsə son qoymalıyıq. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Biz bunu hər cür dəstəkləyirik. Bizə irəliləməyə imkan verəcək əsas məqamları tapmalıyıq”, – Putin bildirib.

Putin ümid etdiyini bildirib ki, Soçidəki danışıqlar mövcud vəziyyəti müzakirə etmək üçün növbəti fürsət olacaq: “İndi ən başlıcası sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır. Bu vəzifə həm də 2020-ci ilin noyabrında, hərbi əməliyyatları dayandırmaq lazım olanda da qarşıya qoyulmuşdu”.

Rusiya prezidenti görüşün yekununda irəliləyişin mümkün olacağına ümid etdiyini deyib. Onun sözlərinə görə, Rusiya Ermənistanın strateji müttəfiqi və tərəfdaşıdır.

Azpost.info

 

Əvvəlki məqalə

Avtomobil təkəri istehsal edən məşhur şirkət Rusiyanı tərk edir

Sonrakı məqalə

Nikol Paşinyan sabah İrana gedəcək