Nikolay Boqdanov: “Anatoli Banişevskini Azərbaycan futbolunun kralı adlandırmaq olar”

Azərbaycan tarixinin ən güclü futbolçusu Anatoli Banişevskinin bu gün 75 yaşı tamam olur.

Apasport.az saytının məlumatına görə, əfsanəvi hücumçu ilə bağlı “Vestnik Kavkaz” nəşri maraqlı yazı dərc edib.

Mərhum oyunçu barədə xatirələrini bölüşən Bakı futbolunun yetirməsi, SSRİ idman ustası Nikolay Boqdanov onun hələ gənc yaşlardan qolçuluq bacarığını nümayiş etdirdiyini söyləyib: “Bəli, onu Azərbaycan futbolunun kralı adlandırmaq olar. Əsl forvard idi. Təsadüfi deyil ki, SSRİ yığmasında oynadı. Qol vurmaq bacarığı inanılmaz idi. Hələ Bakı “Lokomotiv”inin gənclər komandasında hər oyunda 5 qol vururdu”.

Banişevski artıq 16 yaşında “Neftçi”yə cəlb edilib. Bu, 1962-ci ildə baş verib və o zaman komanda inamla sovet futbolunun liderləri sırasına qoşulurdu. Dörd il sonra bakılılar mütəxəssislərin Avropanın ən güclülərindən biri adlandırdığı SSRİ çempionatında bürünc medal qazanıb.

“Neftçi”də Banya ilə tandem təşkil edən SSRİ-nin əməkdar idman ustası Eduard Markarov da onunla bağlı xoş fikirlər səsləndirib: “Yaxşı futbolçu olmaq yetərli deyil. Həm də yaxşı insan kimi qalmalısan. Banişevski də məhz belə idi. Həmişə kiməsə kömək etmək istəyirdi. Futbolçu kimi xarakterizə etmək lazımdırsa, SSRİ millisinin hücum xəttinin mərkəzində oynamasıni söyləmək kifayət edər – hücumları başa vurmalı, bütün komandanın səylərini ümumiləşdirməli idi. Bunu ustalıqla edir, vacib qollar vururdu. Prinsipcə, Sovet futbolunda ən yüksək səviyyəyə çatmışdı. SSRİ-də bundan artıq böyüyə bilməzdi. Çünki növbəti səviyyə artıq Pele idi. Ancaq hər kəs Pele kimi ola bilməz”.

1978-ci ildə karyerasını bitirən Banişevski məşqçi işlədiyi vaxt sağalmaz xəstəliyə düçar olub. Onun ölümü keçmiş komanda yoldaşlarını da kədərləndirib. Kavazaşvili bu barədə belə deyib: “Ölümü hamımızı şoka saldı. Niyə? Əslində gənc yaşda – 51 yaşında ayrıldı”.

1996-cı ildə “Şöhrət” ordeni ilə təltif edilən Anatoli Banişevski bir il sonra dekabrın 10-da vəfat edib.

Həmin vaxt medal qazanmaqdan əlavə “Neftyanik”in 16 futbolçusu SSRİ-nin müxtəlif yaş qrupu üzrə millilərinin maraq dairəsində idi. Anatoli Banişevski, Eduard Markarov və Kazbek Tuayev əsas, digərləri isə gənclər və aşağı yaş qrupu yığmalarına çağırılmışdı. Komandanın o dönəmdəki futbolçusu Rafiq Quliyev həmin günləri belə xatırlayıb: “Bütün oyunçular bakılılar idi, küçədə futbol oynamağa başlamışdılar. Sonra ölkənin ən yaxşılarından biri olan komandaya toplandılar. Ölkədə bizi çox sevirdilər. Hətta universitetdə imtahan vaxtı biletdən çıxan sualdan çox futbol haqda suallar verirdilər. Müəllimlərdən xahiş etdim ki, dörd əvəzinə üç qiyməti verin, təqaüd almayım, əks halda məni pul hərisi hesab edərlər”.

Banişevski insanların sevgisini “Neftçi”nin digər futbolçularından daha çox qazanmışdı. Buna görə Moskva klublarından və Kiyev “Dinamo”sundan gələn cazibədar təklifləri rədd etdi. Özünü doğma Bakıdan kənarda təsəvvür etmirdi. Bir sözlə, əsl kral kimi idi. Doğma yurdunu tərk etmək üçün mənəvi haqqı yox idi. Boqdanovun sözlərinə görə, əfsanəvi “9 nömrə” Odessa “Çernomorets”ində oynamaq təklifini geri çevirib: “Baş məşqçi Əhməd Ələsgərov Odessaya köçəndə Anatolini “Çernomorets”ə dəvət etdi. Lakin Bakıdan ayrı qalmağa dözə bilmədi və dərhal evə döndü”.

“Neftyanik”in əsas heyətində (1968-ci ildən komandaya “Neftçi” adı verilib) Banişevski 1964-1978-ci illərdə üç illik fasilə ilə oynayıb. 1966-1972-ci illərdə SSRİ millisinin formasını geyinib. 1966-cı ildə İngiltərədəki dünya çempionatında iki qol vuraraq bürünc medal qazanıb. O zaman cəmi 19 yaşında idi. Banişevski ümumilikdə Azərbaycanın əsas klubunda 318 oyun keçirib, 139 qol vurub. SSRİ yığmasında isə meydana çıxdığı 50 oyunda 19 dəfə fərqlənib.

SSRİ-nin əməkdar idman ustası Anzor Kavazaşvili Banişevskinin ilk dəfə millinin düşərgəsində özünü necə aparmasından danışıb: “Anatoli çox gənc yaşda millidə meydana çıxdı. Etibarlı görünüşü ilə hamımızı fəth etdi. Toliki ilk dəfə görəndə yığmanın oyunçularından birinin dediyini xatırlayıram: “Gedək meydanda rəqs edib-etməyəcəyini görək”. Bir başqası əlavə etdi: “O artıq “Neftyanik”in əsas heyətində oynayır, mərkəz hücumçusu!” Həmin vaxt “Neftyanik” çox yaxşı nəticələr qazanırdı. Doğrudan da, Banişevski o illərdə SSRİ millisində digərlərindən daha çox oynadı”.

Kavazaşvilinin sözlərinə görə Tolik əsl qafqazlı xarakterinə malik idi: “Heç vaxt böyüklərin söhbətlərinə qarışmırdı, heç kimin sözünü kəsmirdi, hətta utancaq idi. Amma futbol meydançasında adi bir oğlandan parıldayan bir hücumçuya, güclü qolçuya çevrilirdi. Çox sürətli hərəkət edirdi, ildırım sürəti ilə topa şığıyırdı. Başla belə oynamağı harda öyrəndiyini anlaya bilmirəm. Sovet futbolçuları arasında az adam başla qol vura bilirdi. Bu oğlan hər şeyi bacarırdı”.

Tale Banişevskiyə “Neftçi”də iki birinci dərəcəli hücum tandemi vermişdi: Eduard Markarov və Kazbek Tuayev. Bu “üçlük” istənilən sovet klubunu dəhşətə gətirə bilirdi. “Futbol tanrısından yuxarıdan kömək!” – Bakı klubunun azarkeşləri “üçlüy”ün, demək olar ki, eyni vaxtda meydana çıxmasını belə izah edirdi.

“Neftçi”də Banya ilə tandem təşkil edən SSRİ-nin əməkdar idman ustası Eduard Markarov da onunla bağlı xoş fikirlər səsləndirib: “Yaxşı futbolçu olmaq yetərli deyil. Həm də yaxşı insan kimi qalmalısan. Banişevski də məhz belə idi. Həmişə kiməsə kömək etmək istəyirdi. Futbolçu kimi xarakterizə etmək lazımdırsa, SSRİ millisinin hücum xəttinin mərkəzində oynamasıni söyləmək kifayət edər – hücumları başa vurmalı, bütün komandanın səylərini ümumiləşdirməli idi. Bunu ustalıqla edir, vacib qollar vururdu. Prinsipcə, Sovet futbolunda ən yüksək səviyyəyə çatmışdı. SSRİ-də bundan artıq böyüyə bilməzdi. Çünki növbəti səviyyə artıq Pele idi. Ancaq hər kəs Pele kimi ola bilməz”.

1978-ci ildə karyerasını bitirən Banişevski məşqçi işlədiyi vaxt sağalmaz xəstəliyə düçar olub. Onun ölümü keçmiş komanda yoldaşlarını da kədərləndirib. Kavazaşvili bu barədə belə deyib: “Ölümü hamımızı şoka saldı. Niyə? Əslində gənc yaşda – 51 yaşında ayrıldı”.

1996-cı ildə “Şöhrət” ordeni ilə təltif edilən Anatoli Banişevski bir il sonra dekabrın 10-da vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanı Avropa Kubokunda “Vüqar Həşimov” şahmat klubu təmsil edəcək

Sonrakı məqalə