Nipah virusunun endemik olduğu ölkələrdə turistlər çiy meyvə və təzə sıxılmış şirələr yeməkdən çəkinməlidirlər. Çünki bu məhsullar patogen daşıyıcıları ilə təmasa girmiş ola bilər.
AzPost bildirir ki, bu barədə Rusiyanın Rospotrebnadzor (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidməti) bildirib.
Agentlik MAX platformasında bildirib ki, “yarasalarla təmasda ola biləcək çiy və ya pasterizə olunmamış qidaları, xüsusən də soyulmamış çiy meyvələri və təzə sıxılmış şirələri (məsələn, palma suyu) yeməkdən çəkinin”.
Səhiyyə rəsmiləri də insanları meyvə və tərəvəzləri yaxşıca yumağa çağırıblar.
Daha əvvəl Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko Nipah virusunun həqiqətən də xüsusilə təhlükəli bir infeksiya hesab edildiyini bildirib. Mövcud məlumatlara görə, onun ölüm nisbəti COVID-19-dan xeyli çoxdur.