Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Nizami Rəmzi ilə birgə məşhur duetləri oxuyan müğənni –

User 08 Aprel 2024 - 10:09 (Last updated: 21 May 2025 - 20:15)
nizami duet

“Qızımla hündürmərtəbəli binanın zirzəmisində kirayədə yaşayıram. Qışda nəmişlikdən, yayda isə havasızlıqdan əziyyət çəkirik. Heç kimdən kömək görmürəm. Gözüm yollarda qalıb ki, bəlkə kimsə qapını döyüb, nəsə ərzaq gətirər. Vaxtilə İzzət Bağırov mənə yardımlar edirdi. 7-8 il bundan əvvəl. İndi ondan da xəbər yoxdur. Allahın acı bir soğanını da verən yoxdur. Yaşayışım çətindir, aldığım cüzi pensiya ilə dolanıram. Buna dolanmaq demək olmaz. Sürünürəm”.

Azpost.info bildirir ki, bunuModerator.az-a bir zamanların məşhur müğənnisi, meyxanaçı Nizami Rəmzi ilə duet ortağı olan Samirə Vahabova deyib. O daha sonra əlavə edib.
“İndiki ağlım olsaydı nüğənnilik sənətini seçməzdim. Kim deyə bilərdi ki, bu günə düşəcəm?! Kişi kollektivlərində çalışırdım, toylara gedirdim. Nizami Rəmzi ilə gedirdim. Mənə bacı gözü ilə baxırdı. Yaxşı pul da qazanırdıq. Özümə bir gün ağlaya bilmədim. Sənət mənə heç nə vermədi. Nə məşhurluq, nə pul, nə də hörmət. Bu gün televiziyaları izləyirəm. Fərqli səsi, görünüşü olan müğənni yoxdur. Hamı bir-birinə bənzəyir. Bizim mahnıları oxuyub məşhurlaşırlar. Bir dəfə adımızı da çəkmirlər ki, bunu Samirə ilə Nizami oxuyub. Elə oxuyurlar ki, elə bil o mahnıları Nizami yox, onların atası yazıb. Nizami məni toylarda qoruyurdu. Heç kəs mənə pis gözlə baxmırdı. Nizaminin 3 yoldaşı olub, amma heç biri məni ona qısqanmayıb” deyə müğənni bildirib.
Samirə Vahabova acınacaqlı şəxsi həyatından da danışıb.
“Nizami Rəmzi ilə toylara getdiyimə görə həyat yoldaşım məndən ayrıldı. Bir uşaqla məni qoyub getdi. Ev-eşik əlimdən çıxdı. Aclıq-susuzluq yaşadım. Dedi ki, mənə toylara gedən qadın lazım deyil. Tək yoldaşım yox, elə qohumlar da məndən imtina etdilər. Filarmoniyada konsertimiz olurdu. Rusiyaya qədər birlikdə qastrol səfərlərinə gedirdik. Hər toya gedəndə mənə deyirdilər ki, sənin atan qardaşın yoxdur ki, düşmüsən Nizaminin izinə?! Özümdən küsmüşəm, Nizamidən küsməmişəm. Nizamidən sonra demək olar ki, mən də “öldüm”. Məktəbdə süpürgəçi, kafedə xadimə işlədim. Amma yaş həddinə görə məni işdən çıxartdılar. İndi ehtiyac içərisində həyatımı sürdürürəm. Ramazan ayıdır, ümidim qalıb fitrə pullarına. Bəlkə də sizin vasitənizlə mənə yardım edərlər” deyə o bildirib.
https://azpost.info/wp-content/uploads/2024/04/Nizami-Remzi-Samirə-Xanim-1989-il-Baki-Filarmoniyasi-3-Asiq-Canan.mp4

Post navigation

Previous: Borca görə axtarışda olan 54 nəfər saxlanılıb
Next: Sanksiyalara görə Türkiyədən Rusiyaya ixrac 32 faiz azalıb

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.