“Nizami Tibb Mərkəzi”ndə əməliyyat qalmaqalı– 400 manat rüşvət, gizlədilən sənədlər - İDDİA

Bakıda fəaliyyət göstərən “Nizami Tibb Mərkəzi” ilə bağlı ciddi narazılıq yaranıb. AzPost xəbər verir ki, valideynlərdən biri sosial şəbəkədə paylaşdığı müraciətdə klinikanı və LOR-cərrah Gülnar Əhmədovanı səriştəsizlik və rüşvət almaqda ittiham edib.

Şikayətçi Səbinə Qasımova bildirib ki, 11 noyabr tarixində klinikada azyaşlı övladına adenoid əməliyyatı (adenotomiya) aparılıb, lakin əməliyyatdan sonra uşaqda güclü qanaxma başlayıb:

“Uşaqda qanaxma elə şiddətli idi ki, arterial təzyiq 200/170-ə qalxdı. Həkim klinikaya yalnız iki saat sonra gəldi və nə qanaxmanı dayandıra, nə də təzyiqi sala bildi. Nəticədə başqa həkim çağırıldı və təkrar əməliyyatla uşağın həyatı xilas olundu.”

Valideynin sözlərinə görə, hadisədən sonra tibbi tarixçədə bəzi məlumatlar qeyd olunmayıb və həkim sənədləri saxtalaşdırmağa cəhd edib. O, həmçinin iddia edir ki, əməliyyat icbari tibbi sığorta ilə ödənilməli olsa da, həkim ondan əlavə olaraq 400 manat “rüşvət” tələb edib.

Şikayətçi qeyd edib ki, “Nizami Tibb Mərkəzi”ndə rüşvət hallarının və səhlənkarlığın açıq şəkildə baş alıb getdiyini düşünür:

“Bu həkimin səriştəsizliyi nəticəsində uşağımın həyatı təhlükə altında qaldı. Tibbi sənədləri gizlətməyə çalışırlar, cavab verən yoxdur.”

Hazırda məsələ ilə bağlı valideynin aidiyyəti orqanlara müraciət edəcəyi bildirilir.

Klinikanın və adıçəkilən həkimin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.