Nobel Sülh mükafatı alan təşkilat Rusiyada işləyə bilməyəcək- Duma yetkilisindən AÇIQLAMA

Nobel Sülh mükafatını alan Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı (Ədliyyə Nazirliyi tərəfindən “xarici agentlər” siyahısına daxil edilib-red:) ölkə ərazisində işinə davam edə bilməyəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Dmitri Novikov deyib.

Novikovun sözlərinə görə, təşkilatın Rusiyada işləməsi üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır. Duma isə bunu etməyəcək: “Anti-Rusiya və təxribat xarakterli heç bir qərar Dövlət Dumasını qanuna “Memorial”ın fəaliyyətini leqallaşdıran və onun Rusiya ərazisində sərbəst şəkildə fəaliyyətini təmin edən belə bir dəyişiklik etməyə sövq edə bilməz”.

Qeyd edək ki, 2022-ci il üçün Nobel Sülh mükafatı laureatları arasında Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı da var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.