Bir neçə gün əvvəl ailəsi ilə birlikdə Rusiyanı tərk edən tanınmış estrada müğənnisi Alla Puqaçova ünvanına səslənən tənqidlərə münasibət bildirib.
Azpost.info xəbər verir ki, hazırda İsraildə olan müğənni fikirlərini sosial şəbəkədə bölüşüb.
“Heç vaxt dözə bilmədiyim insanların mənə nifrət etməsi xoşbəxtlikdir. Məni bəyənsəydilər, bu o demək olardı ki, boşuna oxuyub, boşuna yaşamışam. Səbəbi aydındır. Qoy, dişlərini qıcasınlar. Onlar ağanın nökəri idilər, qul oldular!”, – Puqaçova yazıb.
Qeyd edək ki, Rusiya Dumasının deputatı Aleksandr Boroday Ukraynadakı xüsusi əməliyyatı tənqid edən və əri Maksim Qalkinin ardınca özünün də “xarici agent” kimi tanınmasını istəyən Alla Puqaçovanı cəmiyyətin mübarizə aparmalı olduğu “iyrənc varlıq” adlandırmışdı. Deputat bildirmişdi ki, məlum mövqeyinə və açıqlamalarına görə Puqaçovanı çoxdan həbsə atmaq lazım idi.
Azpost.info