Döyüşdə aldığı nokautdan sonra xəstəxanaya yerləşdirilən boksçu Həsən Mqay vəfat edib. Bu barədə Ümumdünya Boks Şurasının mətbuat xidməti məlumat yayıb.
29 yaşlı tanzaniyalı dəri əlcək ustası dekbarın 27-də həmyerlisi Paul Elias ilə döyüş zamanı 5-ci raundda çoxlu yumruq zərbələri alıb. Nəticədə yerə yıxılan idmançının dili qatlanıb.
Həkimlər onun vəziyyətinin normallaşdığını bildirsələr də, H.Mqay dekabrın 30-da dünyasını dəyişib.