Növbəti köç karvanı Xocalıya çatıb- FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Dekabrın 27-də növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.

AzPost AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalı 32 ildən sonra doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 21 ailə olmaqla, 119 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.