Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Növbəti pandemiyaya hazırlaşmaq lazımdır

User 27 Dekabr 2023 - 12:39 (Last updated: 21 May 2025 - 20:15)
qutteresh

Növbəti pandemiya başlayanda biz daha səmərəli hərəkət etməli, hazırlaşmalı və COVID-19 pandemiyası nəticəsində yaşadıqlarımızdan ibrət götürməliyik.

Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Beynəlxalq Epidemiya Əleyhinə Hazırlıq Günü ilə əlaqədar müraciətində yer alıb.

BMT-nin Baş katibi qeyd edir ki, COVID-19 pandemiyası artıq səhiyyə sahəsində beynəlxalq fövqəladə hal deyil. Lakin xəstəlik hələ də dövr etməkdə, onun dağıdıcı fəsadları isə hiss olunmaqdadır.

A.Quterreşin sözlərinə görə, pandemiyanın vurduğu iqtisadi zərər də aradan qaldırılmayıb, əksər ölkələrin səhiyyə sistemləri böyük çətinliklərlə qarşılaşır. Bundan başqa, milyonlarla uşaq planlaşdırılan peyvəndlənməni ötürərək xəstələnmə təhlükəsinə məruz qalır. COVID-19 əleyhinə birinci vaksinin işlənib hazırlanmasından üç il keçdikdən sonra da milyardlarla insan, o cümlədən böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayanlar müdafiəsiz qalır.

“Dünya birgə səylərlə viruslar üzərində epidemioloji nəzarəti yaxşılaşdırmalı, səhiyyə sistemlərini möhkəmləndirməli və əhalinin səhiyyə xidmətləri ilə hərtərəfli əhatə olunması vədini həyata keçirməlidir. Zəngin ölkələr pandemiya ilə mübarizə üçün tibbi preparat ehtiyatlarını topladıqda və onlara nəzarət etdikdə, biz mənəvi və tibbi fəlakət imkanlarının qarşısını almalıyıq, hamı üçün diaqnostikaya, müalicəyə və vaksinlərə əlçatanlığı təmin etməliyik”, – deyən Baş katib bu kontekstdə Ümumdünya Səhiyyə Təşkilatının nüfuzunun möhkəmləndirilməsinə və maliyyələşdirilməsinin genişləndirilməsinə çağırıb.

Quterreş əmindir ki, bu səylər öz bəhrəsini verəcək. Sentyabr ayında bu məsələ ilə bağlı yüksəksəviyyəli iclasda aktiv siyasi bəyannamə qəbul olunub. Bu, pandemiya üzrə Cenevrədəki sazişə dair razılaşmaları tamamlayır.

“Gəlin, birlikdə COVID-19 pandemiyasından götürdüyümüz ibrət dərslərini nəzərə alaq, hazırlaşaq və hamı üçün ədalətli və sağlam dünya quraq”, – deyə Quterreş müraciətinə yekun vurub(azərtac).

Post navigation

Previous: Sabah hava necə olacaq?
Next: Qubada yolların təmirinə 1.2 milyon manat ayrılıb

Oxşar xəbərlər

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37

xƏBƏR

Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Azərbaycanda maddi imkanı olmadığı üçün hüquqşünas və ya vəkil xidmətindən yararlana bilməyən vətəndaşlar üçün yeni hüquqi yardım...
Read more about Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.