“Növbəti brifinqdə tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək” –Şahmar Mövsümov

“İki həftədir, tədrislə bağlı məsələ müzakirə edilir. Bütün dünya ölkələrinin təcrübəsi öyrənilir”.

Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, problem odur ki, vəziyyət çox dinamikdir: “Bu gün əlimizdə olan rəqəmlər əsasında hansısa qərar qəbul etsək, iki həftə sonra bu rəqəmlər dəyişə bilər. Növbəti brifinq tədris məsələlərinə həsr olunacaq. Bu zaman tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur” –

Sonrakı məqalə

“Toylarla bağlı qərar müəyyən dövrdən sonra veriləcək” –