Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlandı

05 Fevral 2021 - 15:10

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Azərtac-a bildirib ki, bu il ilk – Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək.

X.Mikayılovun sözlərinə görə, martın 2-də Od, martın 9-da Yel (Hava) çərşənbəsi olacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək.

Martın 19-u ölkəmizdə bayram axşamı, 20-i isə bayram günü kimi qeyd ediləcək.