Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlandı

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Azərtac-a bildirib ki, bu il ilk – Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək.

X.Mikayılovun sözlərinə görə, martın 2-də Od, martın 9-da Yel (Hava) çərşənbəsi olacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək.

Martın 19-u ölkəmizdə bayram axşamı, 20-i isə bayram günü kimi qeyd ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şirvanda Durnanı boğub öldürüblər –

Sonrakı məqalə

“Qarabağın dirçəlişi Qafqazda sabitliyi möhkəmləndirəcək” –