Novxanı şossesindəki qəzada 7 yaşlı Fransa vətəndaşı ölub

09 Mart 2021 - 23:34

Abşeron rayonunun Saray-Novxanı şossesində yol qəzası baş verib.

1982-ci il təvəllüdlü Vəliyeva Tamella Eldəniz qızı idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə beton arakəsməyə çırpılıb.

Avtomobil aşıb. Nəticədə sürücü T.Vəliyeva, sərnişinlər 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim və 2011-ci il təvəllüdlü Rabbath Selin Maria Sirli Kərim ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyimə baxmayaraq, 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim dünyasını dəyişib. (APA)

Qeyd edək ki, ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.