Noyabrda ölkəyə beş min avtomobil gətirilib

Noyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 5014 ədəd, dəyəri isə 64 milyon 800 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 67-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4425-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 498-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 24-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir