“Noyabrın 3-dən sonra koronavirus sehirli şəkildə birdən-birə yoxa çıxacaq” –

Trampın oğlu
19 May 2020 - 10:24

ABŞ-ın 45-ci prezidenti Donald Trampın oğlu Erik Tramp demokratların onun atasının uğurlarını pozmaq üçün koronavirus pandemiyasından istifadə etdiyini bildirib.

Bu barədə “Fox News” məlumat yayıb.

“Demokratlar onu ən böyük nailiyyətindən, məhz amerikalıların onu sevməsindən məhrum etməyə çalışırlar. Çünki ona hörmət var və böyük kütlələri toplaya bilər”, – deyə Erik Tramp bildirib.

Onun sözlərinə görə, koronavirus siyasi cəhətdən məqsədəuyğun olmağı dayandırdıqda, yəni 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra “sehrli şəkildə” başa çatacaq “şüurlu strategiyadır”.

“Noyabrın üçündən sonra koronavirus sehirli şəkildə birdən-birə yoxa çıxacaq”, – dövlət başçısının oğlu bildirib.