“Noyabrın 3-dən sonra koronavirus sehirli şəkildə birdən-birə yoxa çıxacaq” –Trampın oğlu

ABŞ-ın 45-ci prezidenti Donald Trampın oğlu Erik Tramp demokratların onun atasının uğurlarını pozmaq üçün koronavirus pandemiyasından istifadə etdiyini bildirib.

Bu barədə “Fox News” məlumat yayıb.

“Demokratlar onu ən böyük nailiyyətindən, məhz amerikalıların onu sevməsindən məhrum etməyə çalışırlar. Çünki ona hörmət var və böyük kütlələri toplaya bilər”, – deyə Erik Tramp bildirib.

Onun sözlərinə görə, koronavirus siyasi cəhətdən məqsədəuyğun olmağı dayandırdıqda, yəni 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra “sehrli şəkildə” başa çatacaq “şüurlu strategiyadır”.

“Noyabrın üçündən sonra koronavirus sehirli şəkildə birdən-birə yoxa çıxacaq”, – dövlət başçısının oğlu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp seçkidə qalib gəlsə Rusiya, Çin və İranla əməkdaşlıq sona çatacaq –

Sonrakı məqalə

“Bazarstore”da lift şaxtasına düşən qız öldü –