NTV telekanalının tanınmış aparıcısı Liliya Gildeyeva Rusiyanı tərk edib.
Azpost.info xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb. O, Rusiyanı tərk edərək başqa ölkəyə çatdıqdan sonra telekanaldan istefa ərizəsi yazıb. Aparıcı hazırda hansı ölkədə olduğunu açıqlamayıb.
Telekanal jurnalistin getməsi ilə bağlı məlumatı təsdiqləyib. “Liliya Gildeyeva NTV-də işləmir”, – telekanalın mətbuat xidməti bildirib.
L.Gildeyeva NTV-də 2006-cı ildən işləyirdi.
Azpost.info