Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin yekun tədbiri keçirilib

User 14 Avqust 2025 - 08:16 (Last updated: 14 Avqust 2025 - 10:04)
va01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Ağcabədi rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin yekun tədbirini keçirdi.

13.08.2025 – ci il tarixində Ağcabədi rayon Sarcalı kənd ərazi nümayəndəliyində “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində “Erkən və qohum nigahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirıldi.

Layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra  layihənin məqsədlərini açıqladı. O bildirdi ki , “Ölkəmizdə erkən  və qohum nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, problem  hələ də bəzi ərazilərdə qalmaqdadır. 2024-cü ildə erkən evlilik və qohum evliliklərinin qarşısının alınması istiqamətində Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.  Nümunəvi Valideynlik İnstitutu  adlı layihə çərçivəsində bu dəyişikliklərlə bağlı maarifləndirmə işi aparılacaq. Məqsədimiz cəmiyyətimizdə sağlam ailələrin sayının artmasıdır”.

Tədbirdə Ekspert S.Məmmədova erkən nigahın fəsadlarından ətraflı danışdı. Bildirdi ki, “Erkən və qohum nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Bunu  anlayan valideynlər erkən və qohum nigaha yox deməlidir”.

N. Vəliməmmədova Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, “Qanunda edilən dəyişikliklər 2025-ci ilin iyulun 1-dən qüvvəyə minib. İnanıram ki, bu dəyişikliyin erkən və qohum nikahların qarşısının alınmasında böyük rolu olacaq. Övladlarının sağlam gələcəyi üçün  Valideynlər hamılıqla bu işə daha ciddi yanaşacaq. Və nümunəvi valideynlərin sayı çoxalacaq.

Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.

Ş.Dadaşova Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva, Sarıcaı kənd İƏD-si üzrə nümayəndəliyinin rəhbəri Arif Ağayeva, müavini Məhəmməd Qasımova  və baş mühasib Rəqsanə Hacıyevaya tədbirin keçirilməsində dəstəyinə görə təşəkkür etdi .

İştirakçılardan H.Rəqsanə,M.Sevil və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.

Tədbirdə 20 nəfər  iştirak etdi. Sonda xatirə şəkili çəkildi.

AzPost.az

Post navigation

Previous: Qəbələdə gənc yazarların yaradıcılıq bacarıqları üçün təlim keçirilib
Next: Üzüm salxımına oxşayan naməlum qalaktika kəşf edilib

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.