“Nüvə proqramından imtina etmək niyyətində deyilik” –Pezeşkian Makronla danışdı

Məsud Pezeşkian
Məsud Pezeşkian
“İran nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləmək üçün dialoq aparmağa hazırdır, lakin bu proqramdan tamamilə imtina etmək niyyətində deyil”.
AzPost  TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
“Biz dinc nüvə enerjisi sektorunda etimadı gücləndirmək üçün dialoq və əməkdaşlığa hazırıq. Lakin nüvə proqramının tam məhdudlaşdırılmasına razı olmayacağıq”, – deyə İran prezidenti bəyan edib.
Pezeşkian qeyd edib ki, Tehran istənilən dialoqu və ya danışıqları alqışlayır, lakin yalnız ölkəsinin qanuni hüquqlarına hörmətlə yanaşılmasını da gözləyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.