“Nüvə müharibəsi son çarədir”- KREML

“Nüvə müharibəsi son çarədir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Qərbdə onun mümkünlüyü ilə bağlı müzakirələr məsuliyyətsizlikdir.

Peskovdan ABŞ-ın nüvə müharibəsindən qorxub-qorxmadığını soruşduqda, o, cavabında belı deyib: “Əgər insandırlarsa, deməli, bundan qorxmalıdırlar. Nüvə müharibəsi haqqında, indi Qərbdə – Avropa paytaxtlarında, ABŞ-da çox yayılan bütün söhbətlər son dərəcə məsuliyyətsizdir”.

Peskov onu da qeyd edib ki, Moskvanın nüvə silahından mümkün istifadəsinin bütün səbəbləri nüvə doktrinasında öz əksini tapıb.

Azpost.info

Əvvəlki məqalə

İsveç bu tarixdə NATO-ya rəsmən üzv olacaq

Sonrakı məqalə

Toplum TV-nin ofisində axtarış aparılıb