“Nüvə toqquşması təhlükəsi artır…” –LAVROVDAN AÇIQLAMA

“NATO ölkələri de-yure Ukraynadakı münaqişədə iştirak edir”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Faktiki olaraq de-yure NATO ölkələri birbaşa Kiyevin tərəfindən münaqişədə iştirak edir”, – deyə nazir bildirib. O, əlavə edib ki, “belə məsuliyyətsiz xətt nüvə dövlətlərinin birbaşa hərbi toqquşma təhlükəsini xeyli artırır”.

Lavrov əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi artıq Şimali Atlantika Alyansının üzvü olan ölkələrə belə bir ssenarinin yolverilməzliyi barədə siqnallar göndərib. Xarici işlər nazirinin sözlərinə görə, bu siqnallara ya məhəl qoyulmur, ya da təbliğat məqsədi ilə kobud şəkildə təhrif olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.