Nyu-Yorkda Türkiyənin Baş Konsulluğuna hücum olub

Nyu-Yorkda Türkiyənin Baş Konsulluğuna hücum olub.

Azpost.info xəbər verir ki, bu barədə TGRT məlumat yayıb.

Məlumata görə, əlində dəmir lom olan şəxs “Türk Evi” adlanan konsulluq binasının aşağı mərtəbəsində bir neçə pəncərəni sındırıb.

Diplomatik nümayəndəliyə hücumla bağlı polisə müraciət edilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Nyu-Yorkda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində bu binada səs veriblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.