“Nə oldu, Paşinyan?” mahnısı ilə məşhurlaşan Elçin həbs edilib

Müğənni Elçin Göyçaylı həbs olunub.

Axşam.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib.

Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.

Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnının müəllifidir. O, daha çox “Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.